Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti yaxşılaşır

“Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyətində yaxşılaşma müşahidə edilir”.

Bunu Oxu.Az-a müğənninin qohumu Razim Qarayev məlumat verib.

O bildirib ki, sənətçi Mərkəzi Gömrük Xəstəxanasına çox ağır vəziyyətdə köçürülmüşdü:

“Həkimlər hazırda vəziyyətinin yaxşılaşmağa doğru olduğunu deyir. 10 gün əvvəl Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan buraya köçürülüb. Həmin gündən indiyədək vəziyyətində müsbətə doğru yaxşılaşma var. Müalicəsi davam edir”.

Qeyd edək ki, koronavirusa yoluxan Səyyad Əlizadə bir müddət əvvəl Mərkəzi Gömrük Hospitalına yerləşdirilib və EKMO cihazına qoşulub.

pia.az