Daha bir erməni hərbçinin cəsədinin qalıqları tapıldı

Qarabağda hərbi əməliyyatlar zamanı ölən daha bir erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

Bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb. Bildirilir ki, cəsəd Füzuli istiqamətində aşkar olunub və şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərin meyitlərinin sayı 1669-a çatıb.

pia.az