Antalyada meşələr yenə yanır - Video

Türkiyənin Antalya vilayətində meşə yanğını başlayıb.

Bakupost.az xəbər verir ki, yanğın səhər saatlarında Antalyanın Manavqat bölgəsində başlayıb.

Yanğının söndürülməsi üçün 5 helikopter, 2 təyyarə, 20 suçiləyən maşın cəlb olunub.

Hazırda alovların nəzarətə alınması istiqamətində əməliyyatlar davam etdirilir.

pia.az