Kredit və əmanət göstəriciləri

Mərkəzi Bankın hesabatına görə, 2021-ci il sentyabrın 1-nə Azərbaycanda 15 milyard 206,8 milyon manat kredit, 8 milyard 559,1 milyon manat əmanət rəsmiləşib.

Yanvar-avqust aylarında kredit məbləği 1 milyard 49,8 milyon manat, əmanət məbləği 381,2 milyon manat artıb. İlin əvvəlinə 14 milyard 157 milyon manat kredit, 8 milyard 177,9 milyon manat əmanət qeydə alınmışdı.

Statistikaya əsasən, sentyabrın 1-nə ölkədə 904,2 milyon manat problemli kredit olub. Yanvarın 1-nə problemli kreditlərin həcmi 893,1 milyon manat idi. Səkkiz aylıq artım 11,1 milyon manatdır.(novator.az)

pia.az