Gürcü jurnalist və blogerlər Füzulidə minatəmizləmə əməliyyatları ilə tanış olub - Foto

Gürcüstandan olan bir qrup jurnalist, bloger və akademik işğaldan azad olunmuş Azərbaycan torpaqlarına səfər edib.

APA-nın əməkdaşı xəbər verir ki, qonaqlar Füzuli rayonunun Horadiz kəndində minatəmizləmə əməliyyatları ilə tanış olublar.

ANAMA-nın əməliyyatlar şöbəsinin baş mütəxəssisi Mədət Məmmədov ərazidə minatəmizləmə işləri barədə məlumat verib.

Bildirib ki, minatəmizləmə işləri itlər vasitəsilə, əllə və mexaniki üsulla aparılır.

##galery##

pia.az