Misirdə xəstəxanada oksigen balonu partladı: Yaralılar var - Anbaan video

Misirin paytaxtı Qahirənin şimalında yerləşən Buheyra məntəqəsindəki xəstəxanada oksigen balonunun partlaması nəticəsində azı 14 nəfər xəsarət alıb.

Partlayış nəticəsində tibb mərkəzində yanğın başlayıb, son məlumata görə dörd palata yanaraq yararsız hala düşüb.

Mülki müdafiə qruplarının müdaxiləsi nəticəsində klinikada digər oksigen balonlarının partlamasının qarşısı alınıb.

Xəstəxanada baş verən partlayış hadisə baş verən zaman yaxınlıqda olan şəxslərdən biri tərəfindən anbaan qeydə alınıb və ictimailəşdirilib.

pia.az