Azərbaycanda məktəb direktoru 44 yaşında vəfat etdi - Foto

Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşı vəfat edib.

İdarənin Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət məktəbinin direktoru Anar Ramiz oğlu Nuriyev damarlarında yaranmış tromblaşma nəticəsində dünyasını dəyişib.

A.Nuriyev 1977-ci il noyabrın 17-də Sumqayıt şəhərində anadan olub.

Əmək fəaliyyətinə 1995-ci ildə Sumqayıt şəhər “Dostluq” Mədəniyyət evində estrada ansamblına rəhbərlik etməklə başlayıb. 2003-cü ildən Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət məktəbinin “Nəzəriyyə” şöbəsində müəllim, 2015-ci ildən isə həmin məktəbin direktoru vəzifəsində çalışıb.(oxu.az)

pia.az