İran Azərbaycanla sərhəddəki təlimə SEPAH-ı cəlb etdi

İran Azərbaycan ilə sərhəddə, Culfa-Aslandüz-Muğan istiqamətində hərbi təlimlərə start verir. Təlim ilə bağlı SEPAH tərəfindən hərbi silahlar və texnikanın daşınması davam edir.

PİA.az xəbər verir ki, bununla bağlı videolar sosial şəbəkələrdə yayılıb.

Belə ki, hərbi təchizatlar arasında İran istehsalı olan “Tufan” zirehli hərbi maşını da gözə dəyib.

Azərbaycan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimindən və Gorus-Qafan yolundakı məlum insidentdən sonra İran Azərbaycanla sərhəddə hərbi təlim keçirməyə qərar verib.

pia.az