Yaponiyada zəlzələ oldu

Yaponiyanın Hönsü adasında 5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Yaponiyanın meteoroloji idarəsi məlumat yayıb.

Yeraltı təkanların episentri Qifu prefekturasının şimalında yerləşir.Zəlzələ 10 km dərinlikdə qeydə alınıb.

Dağıntı və insan tələfatı barədə məlumat yoxdur.

pia.az