Türkiyə ordusu daha 10 PKK terrorçusunu məhv edib

Türkiyə ordusu PKK terrorçularının növbəti qrupunu zərərsizləşdirib.

“Report”un məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi xəbər verib.

Məlumata görə, PKK/YPG terrorçularının Suriyanın şimalında “Barış pınarı” əməliyyat bölgəsinə hücuma hazırlaşdığı müəyyənləşdirilib. Ordunun həyata keçirdiyi tədbirlər nəticəsində 10 terrorçu məhv edilib.

Terrorçulara qarşı əməliyyat davam edir.

pia.az