Samux sakini yıxılaraq ölüb

Samuxda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb.

1964-cü il təvəllüdlü Rəhimov Ədil Adıl həyəti suvarmaq üçün su açan zaman yıxılıb. Xəstəxanaya aparılan 57 yaşlı kişinin öldüyü məlum olub.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

İlkin məlumata görə, mərhum ürək tutmasında dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır.

pia.az