Ukraynada COVİD-19-dan ölənlərin sayı 54 875 nəfərə çatıb

Ukraynada son sutkada yeni növ koronavirusa (COVİD-19) 3983 yoluxma halı qeydə alınıb, 46 nəfər ölüb.

Bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

İndiyədək ölkədə COVİD-19-a 2 348 381 yoluxma halı qeydə alınıb, 54 875 nəfər ölüb.

pia.az