Qaxda evdə yanğın olub

Qaxda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarında rayon mərkəzinin N.Tusi küçəsində, Mehdi Rza oğlu Əhmədova məxsus ümumi sahəsi 160 kv/m olan ikimərtəbəli fərdi yaşayş evində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.Faktla bağlı araşdırma aparılır.

pia.az