"Neftçi" yeni futbolçu ilə müqavilə bağlayıb

"Neftçi" klubu yeni futbolçu transfer edib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, Xorxe Korrea ilə müqavilə bağlanılıb.

Argentinalı hücumameylli yarımmüdafiəçi yeni komandasında 7 nömrəli formanı geyinəcək. 27 yaşlı oyunçunun son klubu Portuqaliya "Maritimu"su olub.

pia.az