Azərbaycan - Danimarka oyununun hakimləri açıqlanıb

Azərbaycanın qadın futbolçulardan ibarət milli komandasının Danimarkaya qarşı keçirəcəyi dünya çempionatının seçmə oyunu üçün hakimlər müəyyənləşib.

"Report"un məlumatına görə, qarşılaşma Slovakiyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Zuzana Valentovaya Maria Sukenikova və Miroslava Pastorekova kömək edəcək. Dördüncü hakim funksiyasını Maria Krçova yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 21-də Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılacaq Azərbaycan – Danirmarka görüşü saat 20:00-da başlayacaq.

pia.az