Ermənilər Söyüdlü-Basarkeçər yolunu bağladı - Video

Ana səhifə Gündəm 12 Punto 14 Punto 16 Punto 18 Puntoİcmaların genişləndirilməsinə etiraz edən Ermənistanın Göyçə (Geqarqunik) vilayətinin Şişqaya (Geqamasar) kəndinin sakinləri Söyüdlü (Sotk) – Basarkeçər (Vardenis) yolunu bağlayıblar.

PİA.az xəbər verir ki, yolu açmağa çalışan polislərlə sakinlər arasında qarşıdurma yaranıb. Etirazçılar yolu öz maşınları ilə bağlayıblar.

Etirazçılardan biri bildirib ki, taksinin bir gedişinin qiyməti 2 min dramdır (təxminən 5 dollar) və hər hansı bir sənədin düzəldilməsi üçün insanlar taksiyə təxminən 10 min dram pul xərcləyirlər:

“Əgər bu məsələ təkcə 18 kəndə şamil olunacaqsa, o zaman digərləri necə olacaq? Yolu açmırıq. Belə alınmasa, İrəvana yollanacağıq. Nə normal maaş ödənilir, nə kartof, nə mal-qara, nə ət verilir. Nə qədər olar?!” (Axar.az)

pia.az