Ərdoğanın köməkçisi: "Qafqaz İslam Ordusu və Nuru Paşanın xatirəsi Qarabağda bir daha yenidən var oldu"

"Qafqaz İslam Ordusu və Nuru Paşanın əziz xatirəsi yaşayır. O xatirə, Qarabağda bir daha yenidən var oldu".

"Report" xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Ömər Çelik tvitter hesabında yazıb.

Paylaşımda daha sonra deyilir: "Bakının azad olmasının ildönümündə bütün şəhid və qazilərimizi rəhmət və şükranla anırıq!".

pia.az