"Məhəmməd kimi adlar qadağan edilməlidir" - Prezidentliyə namizəd

Fransada ifrat sağçı, yazıçı və jurnalist Erik Zemmour, Ərəb adlarının və ərəb mədəniyyətinin Fransız cəmiyyətinə yaxşı təsir göstərmədiyini dilə gətirərək, ölkədə Məhəmməd kimi adların qadağan edilməsini istəyib.

2022-ci ildə Fransada keçiriləcək prezident seçkilərində namizəd olan Erik Zemmour qonaq olduğu "CNEWS" telekanalında İslam əleyhinə ifadələr işlədib.

Namizədliyini rəsmən açıqlamayan jurnalist , "Fransa üçün yaxşı fikirlərim olduğunu düşündükləri üçün məni namizəd olmağa məcbur edirlər",-deyə bildirib. Bununla belə, o, İslamofobiyanı geniş təbliğ edəcəyini də qeyd edib.(unikal)

pia.az