İranda koronavirus: ölənlərin sayı 114 mini keçdi

İranda ötən sutka ərzində 487 nəfər koronavirusdan ölüb. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 114 311 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 20219 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 5 295 776 nəfərə çatıb.

pia.az