Meksika sahillərində “Olaf” fırtınası ilə bağlı xəbərdarlıq edildi

Meksika sahillərində “Olaf” tropik fırtınası Saffir-Simpson şkalasının 1-ci kateqoriyalı qasırğasına qədər güclənib. Bu barədə ABŞ Milli Qasırğa Müşahidə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Meksikanın qərbində yerləşən Cənubi Kaliforniyanın sakinlərinə qasırğa xəbərdarlığı elan edilib. Qarşıdakı 36 saat ərzində bölgədə güclü külək, fırtına dalğaları və güclü yağışlar gözlənilir.

Hazırda küləyin maksimal sürəti saniyədə 33,3 metrdir. Qasırğa Kabo San Lukas şəhərinin, təxminən 250 kilometr cənub-şərqindən saatda 11 kilometr sürətlə şimal-qərb istiqamətində hərəkət edir.

pia.az