Abşeronda yük maşını piyadanı vuraraq ağır xəsarət yetirib

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Bakı-Sumqayıt yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. TIR yük avtomobili yolu keçən 1953-cü il təvəllüdlü Abıyev Ağaməmməd Əziz oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş-beynin ağır dərəcəli və bədənin çoxsaylı əzikləri, sınıqları diaqnozları qoyulub.

A.Abıyevin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

pia.az