Beynəlxalq sistemə və dövlətlərə qarşı alternativlər

Əfqanıstanda baş verənlər beynəlxalq səviyyədə tanınmış bir dövlətdə dini radikal təşkilatın hökumət üzərində nəzarətinin ilk beynəlxalq səviyyədə tanınmasının gözlənilən nəticələridir...

Sam Mensa“Şarkul Avsat” qəzeti, 6 sentyabr 2021-ci il

Bəlkə də, ABŞ-ın Əfqanıstandan geri çəkilməsinin ən əhəmiyyətli və bariz nəticəsi (əgər bunu məğlubiyyət adlandırmaq olarsa), nə Amerikanın məğlubiyyətidir, nə də “Taliban” hərəkatının qələbəsi və ölkəni yenidən nəzarətə götürməsidir. Daha doğrusu, beynəlxalq səviyyədə tanınmış bir dövlətdə dini radikal təşkilatın hökumət üzərində nəzarətinin ilk beynəlxalq səviyyədə tanınmasının gözlənilən nəticələridir. Bir milis qüvvəsinin dövlət qurması ilk dəfədir baş vermir. Məsələn, İŞİD daha əvvəl bunun əsasını qoymuşdu. Yenə də inqilabçı bir qrupun qələbə qazanması və silah gücünə öz dövlətini qurması yeni hadisə deyil. Yeni təhlükə hərəkatın tamamilə yerli deyil, dünyanın hər yerindən cihadçıları əhatə etməsidir.

Şübhəsiz ki, bu tendensiyanın yolunu açan nüans Vaşinqtonun Əfqanıstandakı varlığına son qoymaq üçün “Taliban”la müqavilə imzalaması oldu. Bu imza beynəlxalq sistemdə mövcud orqanlardan çox, silahlı qrupların rolunu gücləndirən yeni və dərin bir tendensiyanın əsas sübutudur. “Taliban”la edilən razılaşma amerikalıların öz mövqelərini möhkəmləndirmək üçün bu qədər kömək etdiyi Əfqanıstan dövlətinin artıq keçid ortağı olaraq uyğun olmadığının bir göstəricisidir.

Baş verənlər həm siyasi, həm də beynəlxalq sistemdə yeni bir fəsil kimi görünür. Yeni fəsil 1979-cu il İran İslam İnqilabından bəri silahlı qrupların rol və fəaliyyətlərinin toplanması, eyni zamanda, ABŞ-ın həmin il Əfqanıstanı işğal etməsinə müqavimət göstərən silahlı (cihadçı) təşkilatlara ABŞ-ın dəstəyi nəticəsində yarandı.

İran rejimi 40 ildən çoxdur ki, inqilabı ixrac etmək şüarı altında bölgədəki qeyri-dövlət qruplarını bilavasitə və dolayı ilə dəstəkləyir, maliyyələşdirir və yayır. İllər keçdikcə cəlb etmək və nəzarət etmək istədikləri ölkələrdə ideoloji cəhətdən zorakı silahlı qrupların çoxalması fenomeni daha da güclənib. Müharibədən başqa heç bir layihəsi olmayan, dövlətləri təhrik etməklə, varlıqlarını və qanuniliyini pozmaqla, təhlükəsizlik institutlarına və seçilmiş orqanlara qarşı güclənməklə və qərar vermə mexanizmlərinə müdaxilə etməklə fəaliyyət göstərən qruplar yaradıldı və böyüdü. Bu praktikalar İranın yaratdığı qruplarla məhdudlaşmırdı, çünki onların iştirakı radikal sünni qrupları böyüməyə və güc qazanmağa sövq edirdi.

“Taliban” nümunəsi tək deyil. Fələstinli “Həmas” hərəkatı əvvəllər FAT (Fələstin Azadlıq Təşkilatı) ilə İsrail arasındakı Oslo Sazişinin sülh prosesinin bütün nəticələrini rədd edərək, Fələstin administrasiyasına zor tətbiq edərək ölümcül bir parçalanma, ikibaşlı, ziddiyyətli bir hakimiyyət tətbiq etmişdi. Bu isə xalqı yormuş, Fələstin hakimiyyətini zəiflətmiş, Fələstin ictimaiyyətini çaş-baş salmış və İsrail-Fələstin sülhünü boş bir ümidə çevirmişdi. Əlbəttə ki, bu da bütün İsrail ictimaiyyətini rahatlaşdırmışdı.

İndi “Hizbullah” regional rollarda məzhəb silahı ilə Livan dövlətini boğur. Dövlətin qərarlarına məhəl qoymur və onu boyun əyəcək həddə çatdırır. Onların istəklərini kiçildərək cəmiyyətin qalan hissəsi ilə məsləhətləşməyə ehtiyac duymur. Yəmən modelində isə husilərin qıt olmasına baxmayaraq, müasir dövlətin qazanclarını boşa çıxardıqlarını və İranın dəstəyi ilə genişlənmə meylini təmin etmək üçün düşüncəsiz bir daxili mübarizəyə girişdiklərini görürük.

Bütün bu nümunələr sonuncu Əfqanıstan hadisəsindən və “Taliban”la razılaşmadan əvvəl mövcud idi. Baş verən hadisələrdə, əslində, ən narahat edən məqam odur ki, Qərb ölkələrində bir çox partiyalar çox şeyə dözümlü, hətta tolerantlı olmağa tələsirlər. Bunlardan ən önəmlisi İŞİD-in Əfqanıstanda ortaya çıxması və müxtəlif partiyalara mesaj göndərməklə doğru zamanda iki intihar hücumunun məsuliyyətini öz üzərinə götürdüyünü bildirməsidir.

Hər şeydən əvvəl, ABŞ-ın geri çəkilməsinin, xüsusən də bölgə ölkələrinə təsirinin reallığını izləmək üçün gözləmək vacibdir. Çoxlu fərziyyələr, nəticələr, mühakimələr və onların üzərində qurulan fikir və nəzəriyyələr əsas məsələni ört-basdır edir. Bəs, görəsən, ABŞ-ın bölgəni həmişəlik tərk edəcəyi doğrudurmu?

Əlbəttə, buna açıq və qəti bir cavab vermək mümkün deyil, ancaq Vaşinqtonun Yaxın Şərq siyasətinə və böhranlara qarışmasına təsir edən iki amili qeyd etmək lazımdır. Geri çəkilmək, daha doğrusu, bölgədəki müharibələrə hərbi müdaxilə etməmək Vaşinqtonda, demək olar ki, yekdilliklə qəbul edilən bir strateji siyasət olsa da, ilk faktor, yəni İsrailin Yaxın Şərqin mərkəzində olması nəzərə alınmalıdır. Bu və ABŞ-ın bölgə ilə bağlı qərar və siyasətlərindəki rolunu heçə saymaq sadəlövhlük olar. İki ölkə arasındakı münasibətlərdə meydana gələn bütün dəyişikliklərə baxmayaraq, Vaşinqton və Təl-Əvivdə iqtidarda kim olur olsun, strateji münasibətlərdə bir inqilaba yol açmayacaq. Paylaşılan həyati maraqlar əsas və köklü olduğu üçün sözügedən hər hansı bir ciddi yeniliyin yaxın və orta gələcəkdə yeri yoxdur.

İkinci faktora gəlincə isə Vaşinqton siyasətinin bizə öyrətdiyi budur ki, istər prezident, istərsə də qanunverici seçkilər nəticəsində meydana gələn dəyişiklik Vaşinqtonun xarici mövqelərinə təsir göstərdi. 1983-cü ildə Livandan çıxan Ronald Reyqandan, 2021-ci ildə Əfqanıstandan çıxan Co Baydenə qədər administrasiyanın elan etdiyi xarici siyasət xəttinin sabitliyi haqqında nə deyilməsindən asılı olmayaraq, Donald Trampın mövqeyi və xüsusilə, İrana qarşı maksimum təzyiqi, hakimiyyəti dövründə Vaşinqtonun siyasətində gələcəkdə dəyişiklik potensialına işarə edir. Sonuncu Əfqanıstan hadisəsi və onun nəticəsi, xüsusən də tələsik geri çəkilmə üsulu baxımından, ABŞ-ın İrandan İraqa və Suriyaya qədər bölgədə bir çox mövzuda aldığı qərarlara məhdud şəkildə də olsa təsir edəcək.

Prezident Bayden, ehtimal ki, buraxılan səhvlərin böyüklüyünü hiss edir. Çünki komandasından və ətrafında siyasi təcrübəsi olmayan insanların əksəriyyətindən fərqli olaraq, təcrübəli siyasətçidir. Ola bilsin ki, o, ABŞ-ı terror hücumlarından qorumağın təkcə “Taliban”ın öhdəlikləri ilə məhdudlaşmadığını, əksinə, dünyanın harasında olursa olsun, dövlətin qanuni standartlarına uyğun olaraq məsuliyyət daşımasından asılı olduğunu başa düşür. Mərkəzi bir rola sahib olan dövlət və qərarları ona qarşı üsyan edən, təşkilatlarını işğal edən və qanuni əsaslarını devirən milis qruplarından və sərkərdə dəstələrindən asılı deyil. Ölkələr daxilində və ölkələrin aralarındakı xaos, hökmranlıq və tiranlıq məntiqi çəkişmələri və instinktləri qızışdıran, fəlakət gətirən qələbə illüziyalarından başqa həll yolları və alternativlər təklif etmədən, struktur zəifliklərini daha da artırdı. Bütün bunlar terrorun komponentlərini gücləndirir, terrorçulara nəzarəti çətinləşdirir və dünyanın bir çox bölgəsinə yayılmasını gücləndirir.

Xüsusilə bölgəmizdəki əksər ölkələrdə müasir milli dövlətin sütunlarının onları demokratik modernləşmə yoluna gətirmək və vətəndaşlıq prinsipini gücləndirmək üçün qayğı və diqqətə ehtiyacı olduğu bir zamanda bu cür təşkilatların tanınması siyasəti bir tendensiyaya çevrilərsə, o zaman Əfqanıstanda baş verənlər bölgədəki milli dövlətlərə vurulmuş zərbə kimi görünə bilər. Prezident Baydenin və böyük liderlərin qorxduğu terrorun yayılmasını məhdudlaşdıracaq demokratik modernləşmə və vətəndaşlığın gücləndirilməsi yolu məhz budur.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVApia.az