Bu məktəbin 11 A sinfi qəbul imtahanında 100% nəticə göstərdi – Video

2020-2021-ci tədris ilində ölkədə bir sıra tədris müəsisələri var ki, onlar tələbə qəbulu zamanı nəticələri ilə seçilir.

Onlardan biri də Abşeron rayonu, Əliağa Vahid adına Masazır kənd 1 nömrəli orta məktəbdir.

Bu məktəbin bir sinifi 100% nəticə göstərib.

Masazır kənd 1 nömrəli tam orta məktəbin 11 A sinifində təhsil alan 30 şagirdin hər biri universitetə qəbul olub.

Müxtəlif universitetlərə qəbul olan məzunlar əldə etdikləri nailiyyətləri Baku TV ilə bölüşüblər.

Daha ətraflı Baku TV-nin süjetində:

pia.az