Subsidiyalar sahəyə görə yox, məhsulun həcmi üzrə veriləcək

Fermerlər onlara verilən subsidiyalardan iki il müddətindən gec olmayaraq yararlana bilər. Bunu Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov deyib. O bildirib ki, bu müddət başa çatdıqdan sonra fermerə ayrılan məbləğ nazirliyə geri qaytarılacaq: "Bundan başqa, fermerlə onlara verilən məbləğin 25 faizini nağdlaşdıra bilər. Məbləğin qalan 75 faizi Kənd Təsərrüfatı Nazirliyinin elektron sistemində qeydiyyata alınmış təşkilatlarda xərclənə bilər". V.Hüseynov qeyd edib ki, 2022-ci ildən başlayaraq fermerlərə subsidiyalar istehsal olunan məhsulun həcminə görə veriləcək. Fermer daha çox məhsul istehsal etdikcə, daha çox subsidiya alacaq. Əvvəl subsidiyalar sahibkar fəaliyyət göstərdiyi sahəyə uyğun olaraq verilirdi".

Qeyd edək ki, Azərbaycanda 550-dən çox fermer subsidiya alır. Torpağın aqrokimyəvi analizinin nəticələrini "Elektron kənd təsərrüfatı" (EKTIS) məlumat sisteminə daxil etməyən sahibklarlara səpin üçün subsidiyalar ödənilməyəcək.

pia.az