“Taliban”: "Özəl universitetlərdə təhsil alan qızlar niqab taxmalıdır"

Əfqanıstanda hakimiyyətə gələn “Taliban” Əfqanıstanın özəl universitetlərində oxuyan qızların təhsil müəssisələrinə getmək qaydalarını müəyyən edən fərman verib.

APA “Agence France-Presse”ə istinadən xəbər verir ki, fərmanda, həmçinin” qızların niqab taxması və təhsilin kişi tələbələrdən ayrı keçirilməsi əks olunub.

Taliban hakimiyyətdən qisas almaq niyyətində olmadığını söyləyib - YENİLƏNİB"Taliban" rəsmisi: "Döyüşçülərimizə qadınlarla davranış qaydaları öyrədilməyib"Media Rusiyadan Yaponiyaya üzən adamla bağlı təfərrüatları açıqlayıbFərmana görə, qız tələbələrin dərsləri beş dəqiqə əvvəl bitəcək. Yalnız qadınlar tələbə qızlara dərs deməlidir, əgər bu mümkün deyilsə, nüfuza malik yaşlı kişilər də tədrisi həyata keçirə bilərlər.

Qeyd edək ki, Əfqanıstanda özəl universitetlərdə dərslər bu gündən başlayır.

pia.az