Qvineya prezidenti qiyamçılar tərəfindən saxlanılıb

Qvineyada dövlət çevrilişinə cəhd edən xüsusi təyinatlılar ölkə prezident Alfa Kondeni saxlayıblar.

"Report" bu barədə "Guinee News"a istinadən xəbər verir.

Qeyd edək ki, bu gün Qvineya Respublikasında dövlət çevrilişinə cəhd edilib. Çevriliş cəhdinin arxasında xüsusi təyinatlılar qrupunun nümayəndələri dayanır. Qrupa əvvəllər Fransa xarici legionunda xidmət etmiş polkovnik Mamadi Dumbuya rəhbərlik edir.

15:30Qvineya Respublikasında dövlət çevrilişinə cəhd edilib.

"Report" xəbər verir ki, bu barədə "Jeune Afrique" jurnalı məlumat yayıb.

"Reuters" agentliyi isə xəbər verib ki, hərbçilər Qvineyanın paytaxtı Konakridə prezident sarayının qarşısındadır. Konakrinin şimalından hökumət sarayına, prezident sarayının yerləşdiyi yerə gedən yeganə avtomobil yolu əsgərlər tərəfindən blokadaya alınıb.

Çevriliş cəhdinin arxasında xüsusi təyinatlılar qrupunun nümayəndələri dayanır. Qrupa əvvəllər Fransa xarici legionunda xidmət etmiş polkovnik Mamadi Dumbuya rəhbərlik edir.

Son məlumata görə, çevrilişə cəhddə iştirak edən 25 hərbçi saxlanılıb.

Bundan əvvəl Konakrinin hökumət məhəlləsində atışma səslərinin eşidildiyi barədə məlumat yayılmışdı.

pia.az