DSK rəhbərləri yoxlamalardan keçəcək

“Bəzən bir nəfərin xoşagəlməz fəaliyyəti nəticəsində məntəqə seçki komissiyasını buraxırıq. Biz seçkiləri ədalətli, qanunauyğun şəkildə keçiririk. Ona görə də komissiya üzvləri layiqli şəkildə seçilməlidir”.

PİA.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

“Dairə seçki komissiyalarının rəhbərlərini yoxlamalardan keçirməyə çalışacağıq. Onlar elə rəhbər olmalıdır ki, gələcəkdə hansısa xoşagəlməz hadisələr baş verməsin”.

pia.az