"Kapital Bank"dan plagiat: Gürcüstanın 1-ci kanalının loqosunu mənimsədi - Foto

“Kapital Bank”ın mobil tətbiqi olan “BirBank”ın proqram loqosunda dəyişiklik edilib.

PİA.az xəbər verir ki, mobil tətbiqin yeni loqosu müzakirələrə səbəb olub.

Belə ki, “BirBank”ın yeni loqosu Gürcüstanın 1-ci kanalının loqosu ilə eynilik təşkil edir.

                                  Gürcüstanın 1-ci kanalının loqosu

“Kapital Bank”ın mobil tətbiqin loqosunda etdiyi dəyişiklik bankı plagiat ittihamları ilə üz-üzə qoyub.

“BirBank” mobil tətbiqinin yeni loqosu

Bank sosial şəbəkələrdə plagiat etdiyi üçün sərt tənqid olunub, məsxərəyə qoyulub. (Yenicag.az)

pia.az