Bir qrup Kəlbəcər sakini doğma şəhərindədir - Yenilənib

Bir qrup Kəlbəcər sakininin doğma şəhərinə səfəri davam edir.

"Report"un Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, səfərdə 25 yerli sakin iştirak edir.

Artıq sakinlər "Tunel qətliamı"nın baş verdiyi ərazini ziyarət edib və gül dəstələri qoyublar.

Həmçinin səfər proqramı çərçivəsində sakinlər Başlıbel faciəsinin baş verdiyi əraziyə baxacaq, Zülfüqarlı kəndində Milli Qəhrəman Şahlar Şükürovun qəbrini ziyarət edəcək, eyni zamanda Günəşli kəndinə baş çəkəcəklər.

Onlar öz doğma şəhərlərində görülən işlərlə tanış olacaqlar.

Qeyd edək ki, səfər Qaçqın və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.

***

Kəlbəcərin bir qrup sakini ilk dəfə doğma şəhərə yola düşüb.

"Report"un Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, sakinlər səfər zamanı öz şəhərlərini ziyarət edəcəklər.

Sakinlər Göygöl rayonunun Toğanalı kəndindən Kəlbəcərə yollanıblar.

Onlar öz doğma şəhərlərində görülən işlərlə tanış olacaqlar.

Səfər proqramı çərçivəsində sakinlər "Tunel qətliamı"nın baş verdiyi əraziyə gül dəstələri qoyacaq, Başlıbel faciəsinin baş verdiyi əraziyə baxacaq, Zülfüqarlı kəndində Milli Qəhrəman Şahlar Şükürovun qəbrini ziyarət edəcək, eyni zamanda Günəşli kəndinə baş çəkəcəklər.

Qeyd edək ki, səfər Qaçqın və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.

##galery##

pia.az