Mexikoda kran insanların üstünə düşdü

Meksikanın paytaxtı Mexikoda yol təmiri aparılan ərazidə kranın aşması nəticəsində 5 fəhlə ölüb. Bu barədə Rusiya mətbuatı Ecatepec bələdiyyəsinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində daha iki fəhlə yaralanıb.

Bədbəxt hadisə iki qonşu bələdiyyəni birləşdirən prospektdə yerüstü keçidin inşası zamanı baş verib.

pia.az