İlham Əliyev 39 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə

Azərbaycan Prezidenti İlham Əliyevin 39 il əvvəl ulu öndər Heydər Əliyevin şəkil çəkdirdiyi fotosu yayılıb.

Fotonu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Instagram” hesabının “hekayə” bölümündə paylaşıb.

Heydər Əliyev bu fotonu 1982-ci ilin iyulunda Şuşaya səfəri zamanı çəkdirmişdi.

Dünən Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində azadlığa qovuşan Şuşada dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpadan sonra açılış mərasiminə qatılıb.

pia.az