Ballıqaya faciəsinin şahidi həmin gecənin dəhşətlərindən danışdı - Video

1992-ci il mayın 18-də Azərbaycanın qədim yurd yerlərindən olan Laçın ermənilər tərəfindən işğal edildikdən sonra rayonun maldarlıqla məşğul olan bir qrup sakini heyvandarlıq üçün əlverişli olan Goranboyun Ballıqaya ərazisində müvəqqəti məskunlaşır. Yaxın qohumluq münasibətləri olan altı ailə yeddi çadırda yerləşir. Lakin mənfur düşmən burada da dinc əhaliyə aman vermir. Avqustun 28-i səhər saat 5 radələrində erməni silahlı qüvvələrinin yaratdığı 10-12 nəfərlik diversiya qrupu alaçıqları gülləbaran edir, 6 ailənin çırağını söndürür. Əksəriyyəti uşaq, qadın, qoca olmaqla 24 nəfər erməni terrorunun qurbanı olur, 9 nəfər isə yaralanır.

Faciə şahidlərindən olan Şəhla Alməmmədovanın o zaman 24 yaşı var idi. Erməni quldur dəstələrinin gülləbaran etdiyi çadırlardan birində məskunlaşan 5 nəfərdən yalnız o təsadüf nəticəsində sağ qalıb.

O gecəki qətliam Xocavəndin Qaradağlı, Kəlbəcərin Ağdaban kəndlərində, Xocalıda mülki əhaliyə qarşı törədilən qırğınlarla eyni sırada dayanır.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

pia.az