Bakıda transgender fərdi qətlə yetirən şəxs tutuldu

Qaradağ rayonunun prokurorluq və polis əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, avqustun 22-si saat 21 radələrində rayonun Puta qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan naməlum insan meyitinin aşkar edilməsi barədə Qaradağ Rayon Prokurorluğuna məlumat daxil olub. Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilməklə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit müayinə olunarkən üzərində kəsici alətlə yetirilməyə xarakterik olan çoxsaylı xəsarətlər aşkar edilib. Aparılmış ilkin araşdırmalarla öldürülən şəxsin 1994-cü il təvəllüdlü Nuriyev Əhəd İsmayıl oğlu olduğu müəyyən edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin avqustun 18-də səhər saat 05 radələrində 1985-ci il təvəllüdlü Mirşahid Mehdiyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsi müəyyən edilib. Mirşahid Mehdiyev Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

pia.az