Kürdəmirdə yol qəzası olub, xəsarət alan var

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb.

Belə ki, 31 yaşlı Əhmədzadə Şamo Pərviz oğlu həmin yolda motoskletlə hərəkətdə olarkən idarə etdiyi nəqliyyat vasitəsi “VAZ-2107” markalı avtomobilə çırpılıb. Hadisə zamanı motosikletin sürücüsü xəsarət alıb.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Fakt araşdırılır.

pia.az