Kraliça Yelizavetanın mühafizəçisi gənc əsgərlərə təcavüz etdi

İngiltərədə kraliça II Yelizavetanın “Coldstream” qvardiyasının mühafizəçisi həbs olunub. Azvision.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, polis Britaniya Kraliçası II Yelizavetanın “Coldstream Guard” qvardiyasından olan mühafizəçisini iki yeni əsgərə təcavüz etməkdə şübhəli bilərək həbs edib.

Gənclər Böyük Britaniyanın ən qədim alayı olan Qvardiyaya iki il əvvəl qoşulublar. Bu hərbi hissənin əsgərləri hökumət üzvlərinin təhlükəsizliyini təmin edən və mərasimlər zamanı sarayların mühafizəsindən məsul olan Kral Qvardiyasına tabedir.

Hərbi mənbədən verilən məlumata görə, hücum Vindzor qalasının yaxınlığında keçirilən ithaf ayini zamanı baş verib. Hazırda şübhəli şəxs vəzifəsindən uzaqlaşdırılıb. İşin digər təfərrüatları məlum deyil. İstintaq davam edir. Nəşrə məlumat verən mənbənin dediyinə görə, ordu "böyük təzyiq" altındadır və zorakı cinayətlərin kökünü kəsməyə çalışır.

Bundan əvvəl şahzadə Uilyamın və həyat yoldaşı Keyt Middltonun alt paltarları oğurlayan qonşuları həbs olunub. 2020-ci il sentyabrın 5-də Wiggenhol Sent-Cermendə pəncərəni qıraraq oğurluq edən şəxs iki il həbs cəzasına məhkum edilib.

pia.az