TƏBİB sədri: "Süni nəfəs aparatına qoşulan xəstələrin 97 faizi vaksin olunmayanlardır"

“Vəziyyəti ağırlaşıb süni nəfəs aparatına qoşulan xəstələrin 97 faizi vaksin olunmayanlardır”.

Bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı tvitterdəki şəxsi hesabında paylaşıb.

Paylaşımda daha sonra deyilir:

"Sağlamlığımızı virusun təhdidləri qarşısında aciz buraxmayaq. Nəticələrin müsbətə doğru dəyişməsi üçün birlikdə mübarizə aparaq".

Sağlamlığımızı virusun təhdidləri qarşısında aciz buraxmayaq. Nəticələrin müsbətə doğru dəyişməsi üçün birlikdə mübarizə aparaq. #BizBirlikdəGüclüyük

pia.az