Şəkidə avtomobil aşıb, xəsarət alan var

Şəki rayonunda yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Oraban kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Sahib Vaqif oğlu Əkbərovun idarə etdiyi "Mitsubishi" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, Oğuz rayonunun Qumlaq kənd sakini, 1987-ci il təvəllüdlü Məlahət Xanlar qızı Abdullayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

pia.az