Hollivudun ən bahalı aktyorlarının siyahısı yayıldı

“Variety” nəşri Hollivudun ən bahalı aktyorlarının siyahısını yayıb.

Siyahıda ilk yeri Daniel Kreyq tutur.

O, Rayan Consun “Bıçaqları çıxarın” filminin iki hissəsinə çəkildiyinə görə 100 milyon dollar qonorar alıb.

İkinci yerdə Dueyn Consonun adı gəlir.

Aktyor “Qırmızı vahid” komediyasına görə 50 milyon dollar alacaq.

Siyahıda üçüncü pilləni Uill Smitlə Denzl Vaşinqton bölüşür.

Hər iki aktyorun 2021-ci ildəki qonorarı 40 milyon dollar təşkil edib.

İlk onluğa Leonardo Di Kaprio, Mark Uolberq, Cenifer Lourens, Culiya Roberts, Sandra Ballok və Rayan Hoslinq daxildir.

pia.az