Əfqanıstanda çadranın qiyməti 10 dəfə artdı

"Taliban"-ın Əfqanıstanda hakimiyyətə gəlişi bu ölkədə çadra qiymətinin orta hesabla 10 dəfə artmasına səbəb olub. Bu barədə İranın İSNA xəbər agentliyi məlumat yayıb.

Əfqan qadınları hesab edir ki, taliblər onları bu paltarı dərhal geyinməyə məcbur edəcək.

"Çadranı almaq üçün mənə pul lazım idi. Bankomatın qarşısında uzun saatlar keçirməli oldum. Taliban gözlənilmədən Kabildə hakimiyyəti ələ keçirdi. Hamı düşünürdü ki, Kabul bir il və ya daha çox müqavimət göstərə bilər. İndi isə çadra tapmaq çətindir. Ailəmizdə üç qadın var, və cəmi iki çadra tapa bildik", - Kabil sakini agentliyə bildirib.

Daha əvvəl “Taliban”-ın sözçüsü Soheyl Şahin bildirib ki, hərəkat qadınları İslam qanunlarına uyğun olaraq hicab taxmağı məcbur edəcək. Ancaq, o, çadra haqqında heç nə deməyib.

pia.az