Qazaxıstan Prezidenti Əfqanıstanda baş verənlərlə bağlı müşavirə keçirib

Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Əfqanıstanda baş verənlərlə bağlı müşavirə keçirib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Berik Uali məlumat verib.

Bildirilib ki, K.Tokayev aidiyyəti dövlət orqanlarına Əfqanıstandakı hadisələrin inkişafını izləməyi davam etdirməyi tapşırıb.

Müşahidələr əsasında operativ reaksiyanın verilməsi üçün hansı addımların atılması müzakirə edilib.

pia.az