Nigeriyada müsəlman zəvvarlara hücum olub, 22 nəfər öldürülüb

Nigeriyanın mərkəzi hissəsindəki Plato ştatında ziyarətdən qayıdan zəvvarlara hücum zamanı azı 22 nəfər öldürülüb.

“Report” AFP-yə istinadən xəbər verir ki, bu barədə regionun polisinin nümayəndəsi Ubax Oqaba bildirib.

"Müsəlman zəvvarların olduğu beş avtobus karvanına hücum edilib, 22 insan öldürülüb, daha 14 nəfər yaralandılar", - o bildirib.

Öz növbəsində Nigeriyanın “Premium Times Nigeria” qəzeti xəbər verir ki, yolda pusqu təşkil edilib. Nəşrin sözlərinə görə, hücumun motivləri hələlik naməlumdur.

pia.az