Qazaxda qətl törədən şəxs saxlanılıb - Yenilənib

Qazaxda 21 yaşlı gənci qətlə yetirən şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni rayon sakini 2000-ci il təvəllüdlü Nəsimi İsmayılov törədub.

O, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin ifadəsində o, N.Mansurovu mühafizəçisi olduğu obyektə oğurluğa gəldiyinə görə öldürdüyünü bildirib.

Faktla bağlı Qazax rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

***

Qazax rayonunda bıçaqlanan şəxs xəstəxanada ölüb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, Qazax sakini olan kişi bıçaq xəsarəti ilə xəstəxanaya aparılıb. O aldığı xəsarətlərdən orada dünyasını dəyişib.

Ölən şəxsin kimliyi və hadisənin təfərrüatları hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

pia.az