Margarita Simonyan Rusiya kəşfiyyatının cinayətlər törətdiyinə işarə edib

"Xarici ölkələrdən olan hakimlər tərəfindən gimnastlarımıza qarşı belə münasibət görəndən sonra Baş Kəşfiyyat İdarəsində işləmədiyim üçün çox təəssüflənirəm".

Rusiyanın ən böyük media holdinqinin rəhbəri Marqarita Simonyan bunu teleqram kanalında yazıb.

Tokio Olimpiadasında rus idmançılara qarşı hakimliyin subyektivliyindən qəzəblənən Margarita Simonyan, bununla da Skripalların və Navalnının zəhərlənməsi fonunda Rusiya hərbi kəşfiyyatının iştirakı ilə bağlı Qərb mətbuatının və xüsusi xidmət orqanlarının versiyalarını təsdiqləyir. Və özü də Baş Kəşfiyyat İdarəsinin zabiti olaraq hakimləri zəhərləməyə hazırdır. Ağlasığmaz bir bəyanat!

pia.az