Olimpiadanın yekun statistikası

Tokioda iyulun 23-dən avqustun 8-dək keçirilmiş Yay Olimpiya Oyunlarında ABŞ 39, Çin 38, Yaponiya 27, Böyük Britaniya 22, Rusiya 20, Avstraliya 17 qızıl medal əldə edib.

Novator.az bildirir ki, Niderland, Fransa, Almaniya, İtaliya 10, Kanada, Braziliya, Yeni Zelandiya, Kuba 7, Macarıstan, Cənubi Koreya 6 qızıl götürüb.

Polşa, Çexiya, Keniya, Norveç, Yamayka 4, İspaniya, İsveç, İsveçrə, Danimarka, Xorvatiya, İran, Serbiya, Belçika, Bolqarıstan, Sloveniya, Özbəkistan 3, Gürcüstan, Tayvan, Türkiyə, Yunanıstan, Uqanda, Ekvador, İrlandiya, İsrail, Qətər, Baham adaları, Kosovo 2 qızıl medal qazanıb.

1 qızıl alan ölkələr bunlardır: Ukrayna, Belarus, Rumıniya, Venesuela, Hindistan, Honkonq, Filippin, Slovakiya, CAR, Avstriya, Misir, İndoneziya, Efiopiya, Portuqaliya, Tunis, Estoniya, Fici, Latviya, Tailand, Bermud adaları, Mərakeş, Puerto Riko.

Azərbaycan olimpiadanı 3 gümüş, 4 bürünc medalla bitirib.

pia.az