Dənizdə batan 16 yaşlı qızın meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində 1 nəfərin dənizdə (nəzarətsiz ərazi) batması barədə məlumat daxil olub.

Bu barədə FHN-dən məlumat verilib.

Qeyd olunub ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2005-ci il təvəllüdlü Yaqubova Lalə Fətəli qızının meyiti tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

pia.az