Sərdar Cəlaloğlundan aksiya keçirən qadınlarla bağlı sensasion açıqlama: “Fahişəlik azadlığı uğrunda mübarizə aparırlar”

“Avropada feministlərin, cinsi azlıqların hərəkatları demokratiyanın göstəricisi hesab olunur. Azərbaycanda belə aksiyaların keçirilməsi də Qərbə göstərmək üçündür. Bu, hökumətin razılığı ilə həyata keçirilir. Ümumiyyətlə, Azərbaycanda feminist hərəkatı yoxdur. Bu qadınlar anti-feministlərdir, fahişəlik azadlığı uğrunda mübarizə aparırlar”.

PİA.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu feministlərin Bakıda keçirdiyi aksiyaya münasibət bildirərkən deyib.

S.Cəlaloğlunun sözlərinə görə, klassik feminizm qadınları cinsi istismar obyektindən çıxarmağa yönəlmiş hərəkat idi:

“Bunun başında görkəmli insanlar dururdular. Roza Luksemburqu, Klara Setkini misal çəkmək olar. Bu şəxslər qadınların təhsil, seçki, əmək hüquqlarını müdafiə edirdilər. Azərbaycanda qadınların təhsil, seçki, əmək hüquqları var. Burada feminizmə əsas var? Xeyr!”.

pia.az