Moldovanın yeni baş naziri təsdiqləndi

Moldova parlamenti yeni baş nazirin proqramını və hökumətin tərkibini təsdiq edib.

PİA.az Trend-ə istinadən bildirir ki, ölkənin yeni baş naziri Natalya Qavrilitsa olub.

Onun namizədliyini ölkə prezidenti Maya Sandu irəli sürmüşdü.

N.Qavrilitsanın rəhbərlik etdiyi yeni hökumətin lehinə parlamentin 61 deputatı səs verib.

pia.az