Niyaməddin Musayev: “Peyvənd vurdurmamışam, amma toylara gedirəm”

“Səhhətim yaxşıdır. Demək olar ki, hər şey qaydasındadır. Toylara da dəvət alıram”.

Bunu Unikal.org-a xalq artisti Niyaməddin Musayev açıqlamasında deyib. Müğənni toylara getsə də, koronavirusdan qorunduğunu dilə gətirib:

“Koronavirusu yaxın aylarda keçirdiyim üçün hələ ki, vaksin vurdurmamışam. Buna baxmayaraq, el şənliklərində iştirak edirəm”.

pia.az