“Mançester Siti”nin Messiyə maaş verəcək qədər pulu yoxdur

İngiltərənin “Mançester Siti” klubu “Barselona”dan ayrılan Lionel Messinin transfer marafonuna qoşulmayacaq.

İspaniyanın “Mundo Deportivo” nəşri yazır ki, “şəhərlilər” 34 yaşlı ulduz futbolçunu transfer etmək variantı üzərində düşünmür.

Yaxın günlərdə “Mançester Siti” Cek Qrilişi heyətinə qatmaq üçün böyük vəsait xərcləyib(117 milyon avro), eyni zamanda “Tottenhem”in hücumçusu Harri Keynin alınması istiqamətində danışıqlar gedir.

Mənbə iddia edir ki, məhz bu səbəbdən “Mançester Siti” L.Messiyə maaş ödəmək iqtidarında deyil.

Son məlumatlara əsasən, hazırda argentinalı ulduz futbolçu ilə Fransanın PSJ klubu danışıqlar aparır.

pia.az