“Mançester Siti” Qrilişlə müqavilə imzaladı

“Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az xəbər verir ki, “şəhərlilər” “Aston Villa”dan Cek Qrilişin keçidini tamamlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb. Qriliş “Mançester Siti”də 10 nömrəli formada çıxış edəcək. Britaniya mətbuatı "Siti"nin bu transfer üçün 100 milyon funt-sterlinq ödəyəcəyini yazır.

Qeyd edək ki, Qriliş 2012-ci ildən "Aston Villa"da oynayırdı.

pia.az